ABŞ demokratları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər

ABŞ demokratları Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər

15 Aprel 14:13
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar Ukraynanın Rusiya ilə münaqişəsində dəstəklənməsini nəzərdə tutan qanun layihəsi təqdim ediblər, Reuters mənbələrə istinadən xəbər verir. Agentliyin mənbələrinin məlumatına görə, bu layihə Kiyev hökumətinə dəstək üçün ABŞ prezidenti Donald Tramp administrasiyasına növbəti təzyiq cəhdidir.

“Ukraynaya dəstək haqqında” qanun layihəsinə əsasən, sənəd Ukraynanın təhlükəsizliyi və bərpası üçün maliyyə vəsaitini təmin edəcək, həmçinin Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcək.

Qanun layihəsini hazırlayan Konqres üzvləri Reuters-ə bildiriblər ki, onların məqsədi Ukrayna ilə bağlı ABŞ qanunvericiliyinə dair müzakirələrə təsir etməkdir. Layihənin özü qəbul edilməsə belə, onun hissələrinin ABŞ-ın Ukrayna ilə bağlı istənilən yekun paketində yer alacağını deyirlər.

Agentliyin mənbələrinin dəqiqləşdirdiyi kimi, qanun layihəsi Donald Trampın Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə razı olmadığı təqdirdə sanksiyaların sərtləşdirilməsi ilə bağlı bəyanatından iki həftə sonra təqdim edilib.

Aprelin 11-də ABŞ prezidenti Donald Tramp Rusiyanı münaqişəni dayandırmaq üçün hərəkətə keçməyə çağırıb və deyib ki, Ukraynada döyüşlər “məntiqli deyil”.

Əziz Mustafa, Oxuməni.az