ABŞ Hollandiyaya 175 Tomahawk qanadlı raketi tədarük edəcək

ABŞ Hollandiyaya 175 Tomahawk qanadlı raketi tədarük edəcək

12:11
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) Kral Hərbi Dəniz Qüvvələrinin imkanlarını artırmaq üçün Hollandiyaya ümumilikdə 2,19 milyard dollar dəyərində 175 "Tomahawk" qanadlı raketinin satışına dair sazişi təsdiq üçün Konqresə təqdim edib, Army Recognition məlumat yayıb.

Qanadlı raketlərin Hollandiya Hərbi Dəniz Qüvvələrinin gəmilərində, xüsusən də De Zeven Provincien sinifli freqatlarda və hazırda işlənmə mərhələsində olan qabaqcıl gəmilərdə təchiz ediləcəyi gözlənilir.

Bu cür silahlar Hollandiya Kral Donanmasını NATO üzvü olan ölkələr arasında quru hədəflərinə dərin zərbələr endirməyə qadir olan azsaylı donanmalardan birinə çevirəcək.

Həm suüstü gəmilərdən, həm də sualtı qayıqlardan buraxıla bilən “Tomaqavk” qanadlı raketi 1600 km uçuş məsafəsinə malikdir. O, 450 kiloqramlıq şərti döyüş başlığı daşıyır və yaxşı müdafiə olunan hədəfləri yüksək dəqiqliklə vurmağa qadirdir.

Azərbaycanpolisi.az