
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın borclarını ödəyəcək
Səudiyyə Ərəbistanı və Qətər Suriyanın Dünya Bankına təxminən 15 milyon dollarlıq borcunu tam ödəməyə qərar verib.
Bu barədə “SPA” agentliyi iki ölkənin birgə bəyanatına istinadən məlumat yayıb.
“Səudiyyə Ərəbistanı və Qətərin maliyyə nazirlikləri Suriyanın Dünya Bankına ümumi məbləği təxminən 15 milyon ABŞ dolları məbləğində borcunu ödəmək öhdəliyini birgə elan edirlər”, - bəyanatda deyilir.
Açıqlamada borcun ödənilməsinin Dünya Bankına 14 illik fasilədən sonra Suriyaya dəstəyi bərpa etməyə imkan verəcəyi qeyd edilib.
Almaz Həsənli
Digər xəbərlər