Çin ABŞ-ı COVID-19 məlumatlarını gizlətməkdə ittiham edir

Çin ABŞ-ı COVID-19 məlumatlarını gizlətməkdə ittiham edir

14:40
Bəyəndim (2) Bəyənmədim (0)

Çin ABŞ-ı COVID-19 koronavirusunun erkən yayılması ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.

Çin İnformasiya Bürosu, koronavirusun Çindən kənarda meydana gəldiyini iddia edən “Ağ kitab” dərc edib.

Sənəd ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzlərinin və Milli Sağlamlıq İnstitutlarının məlumatlarına istinad edərək, Uhanda baş verən epidemiyadan əvvəl ABŞ-da COVID-19 hallarının olduğunu göstərir.

Florida ştatına xüsusi diqqət yetirilir, ilk infeksiyanın rəsmi tarixinin 1 mart 2020-ci il olmasına baxmayaraq, açıq məlumatlar yanvar ayının əvvəlində hadisələri göstərir və yoluxmuşların isə əksəriyyətnini xaricdə olmamasıdır. Çin tərəfi əsas məlumatların silinməsinə və bu məlumatların saxlanmasına cavabdeh olan işçinin işdən çıxarılmasına da işarə edir (Çin Xalq Respublikasının Dövlət İnformasiya Bürosu).

“Ağ kitab”mühüm məsələdə dövlətin mövqeyini ifadə edən rəsmi hökumət sənədidir.

Almaz Həsənli