
'Dəli' - Tramp impiçment qətnaməsinə görə konqresmeni lağa qoyub
Miçiqanda keçirilən inauqurasiyadan sonra ilk mitinqində Donald Tramp onun impiçmenti ilə bağlı qətnaməni təqdim edən Demokrat konqresmen Şri Tanedarın təşəbbüsünə ironiya ilə cavab verib.
Eks-prezident deputatın ünvanına təhqiramiz ifadələr işlədib, prosedura başlamaq cəhdindən təəccübləndiyini bildirib.
Tanedar, səlahiyyətdən sui-istifadə ittihamları da daxil olmaqla, impiçment üçün yeddi əsas təklif edib, lakin Konqresdə Respublikaçıların çoxluğunu nəzərə alsaq, təşəbbüsün keçmə şansı minimaldır. Tramp bu fikri məsxərəyə qoyaraq bildirib ki, bu cür ittihamlar heç bir əsası olmadan təkrar-təkrar gündəmə gəlir.
Aprelin 29-da ABŞ Demokratik Partiyasının üzvü Şri Tanedar ABŞ lideri Donald Trampın impiçmenti üçün qətnamə təqdim edib. Amerikalı siyasətçinin izah etdiyi kimi, impiçment üçün əsaslar Trampın ədalət mühakiməsinə mane olması, beynəlxalq təcavüz, qeyri-qanuni agentliklərin yaradılması, korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsidir.
Bundan əvvəl “Axios” məlumat vermişdi ki, Trampın müşavirləri ona qarşı impiçment cəhdi halında strategiya hazırlayırlar və bu, gələn il aralıq seçkilərdə Demokratlar Konqresə nəzarəti ələ keçirsələr, bu mümkün olacaq.
Almaz Həsənli