AB 2025-ci ildə Ukraynaya hərbi yardım üçün rekord həddə - 27 milyard avro xərcləyib
Avropa Birliyi xarici işlər naziri Kaja Kallasın sözlərinə görə, Avropa Birliyi 2025-ci ildə hərbi əməliyyatların başlanğıcından bəri Ukraynaya hərbi yardım üçün rekord həddə - 27 milyard avro xərcləyib.
"Biz həmçinin 2 milyon patron çatdırmaq öhdəliyimizi yerinə yetirdik, amma aydındır ki, indi yavaşlamağın vaxtı deyil", Kallas Aİ xarici işlər nazirlərinin görüşünün ardınca bildirib .
18 dekabrda Aİ Ukraynaya kredit vermək üçün Aİ-dəki dondurulmuş Rusiya aktivlərindən istifadə təşəbbüsü ilə bağlı səsvermə keçirməyi planlaşdırır. Belçika bu ssenariyə qarşı çıxır. Təklif olunan alternativ variant Aİ büdcəsindən 90 milyard avro ayırmaq idi. Lakin bunun üçün Ukraynanın növbəti iki il ərzində ehtiyaclarını ödəmək üçün digər müttəfiqlərin köməyi tələb olunacaq.
Əziz Mustafa













.jpg)








































.jpg)
.jpg)
.jpg)

























