Qırğızıstanda Valeri Meladzenin konserti ləğv edildi

Qırğızıstanda Valeri Meladzenin konserti ləğv edildi

10:18
Bəyəndim (2) Bəyənmədim (0)


Qırğızıstanda rusiyalı müğənni Valeri Meladzenin konserti ləğv edilib.
Bu barədə onun prodüseri Pavel Rudçenko özünün Telegram-kanalında məlumat verib. Onun fikrincə, ölkə rəhbərliyi sənətçinin ölkədə olduğu müddətdə yaranacaq hər hansı siyasi şüarlardan qaçmaq qərarına gəlib. Məsələ burasındadır ki, Meladze 2022-ci ildə Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanı tərk edib.
Pavel Rudçenko həmçinin hesab edir ki, müğənni şərq ölkələrində konsert verə bilməyən sənətçilərin siyahısına düşə bilər. Qeyd olunur ki, Valeri Meladze Mərkəzi Asiya turu çərçivəsində 60 illik yubileyi münasibətilə konsert keçirməyi planlaşdırırdı.
Onun komandası keçmiş MDB ölkələrinin rəhbərliyinə xalqlarına hörmət və sevgi barədə zəmanət məktubları da yazıb. Beləliklə, onlar siyasi insidentləri istisna edəcəklərinə söz verərək, konsertlərin keçirilməsinə icazə istəyiblər. Qazaxıstan və Özbəkistan buna razı olub, lakin Qırğızıstan dərhal sənətçiyə imtina edib.
Almaz Həsənli