Rusiyada “Pussy Riot” pank-qrupu "ekstremist" təşkilat kimi tanındı və qadağan edildi
Moskvanın Tverskoy rayon məhkəməsi Baş Prokurorluğun iddiasını təmin edərək “Pussy Riot” pank-qrupunu "ekstremist" təşkilat kimi tanıyıb. Bu barədə SOTAvision-un müxbiri məlumat verib.
Məhkəmə iclası qapalı keçirilib, qərarı hakim Mariya Moskalenko çıxarıb. Məhkəmədə “Pussy Riot”-un maraqlarını vəkil Leonid Solovyov təmsil edib. Qrupun hansı səbəbdən "ekstremist" təşkilat kimi tanındığı məlum deyil.
Baş Prokurorluğun “Pussy Riot”-u "ekstremist" təşkilat kimi tanımaq və Rusiya Federasiyası ərazisində qadağan etmək tələbi barədə noyabrın sonunda Rusiya Ədliyyə Nazirliyi məlumat vermişdi.
Sentyabrda qrupun üzvlərinə ordu haqqında "yalan" məlumatlar yaymaq işi üzrə qiyabi hökm çıxarılıb. Mariya Alyoxinaya 13 il 15 gün, Taso Pletnerə 11 il, Olqa Borisova, Diana Burkot və Alina Petrova isə 8 il həbs cəzası kəsilib. Buna səbəb "Ana, televizora baxma" klipi və Münhendə keçirilən müharibə əleyhinə aksiya olub.
Almaz Həsənli



























.jpg)
.jpg)
.jpg)





















































