Silahlılar Palmira yaxınlığında Suriya-Amerika patruluna hücum ediblər

Silahlılar Palmira yaxınlığında Suriya-Amerika patruluna hücum ediblər

14:13
Bəyəndim (0) Bəyənmədim (0)

SANA xəbər agentliyi Suriya təhlükəsizlik xidmətindəki mənbəyə istinadən bildirib ki, şənbə günü Suriya təhlükəsizlik qüvvələri və ABŞ hərbçiləri birgə patrul keçirərkən Palmira yaxınlığında atəşə tutulublar.

Bu arada yerli hakimiyyət orqanları itkilər barədə məlumat verib - mövcud məlumata görə, iki suriyalı həlak olub, bir neçə ABŞ əsgəri yaralanıb və onlar Əl-Tanfdakı ABŞ hərbi bazasına köçürülüblər.

Pentaqon hadisə ilə bağlı şərh vermir.

İlkin məlumata görə, hücum İŞİD tərəfdarları tərəfindən törədilmiş ola bilər.

Əziz Mustafa