Tarix elmimizə yeni töhfə: “Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” kitabı nəşr edilib
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizin həqiqi tarixinin yazılması istiqamətində həyata keçirilən uğurlu elmi -tədqiqatlar davam edir. Ölkə rəhbərliyinin tarix elmimizə qayğısı və onun yad nəfəslərdən qorunması istiqamətində tarixçi alımlərimiz qarşısında qoyduğu vəzifələr isə uğurla həyata keçirilməkdədir. Bu şərəfli, tariximiz üçün böyük önəm daşıyan şərəfli vəzifənin həyata keçirilməsində isə vətənsevər tarixçi alimlərimizin, xüsusi ilə Azərbaycan və Türk dünyası tarixinin görkəmli alimi AMEA-nın həqiqi üzvü, BDU-nun Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri Yaqub Mahmudovun və onun yetişdirdiyi istedadlı tədqiqatçı alimlərimizin böyük, əvəzedilməz xidmətləri var.
Bu baxımdan Yaqub Mahmudovun yetirmələrindən olan gənc tədqiqatçı alimlərimiz Günay Nəciyeva və Elnur Nəciyevin tarixi mənbələrə istinadən nəşr etdirdikləri “Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” adlı kitabını elmimizə verilən yeni bir töhfə hesab etmək olar. Səfəvişünas tədqiqatçı alimlər ilk dəfə olaraq Səfəvi tarixinin əsas mənbələrini vahid sistemdə qruplaşdırıblar.
Müəlliflər ciddi və tarixi mənbələrə istinadən Səfəvi dövlətinin tarixini ətraflı şəkildə araşdıraraq mənbəşünaslığın klassik prinsiplərini müasir elmi metodologiya ilə uzlaşdırmağa nail olublar. Günay Nəciyeva və Elnur Nəciyev Səfəvi dövrü tarixçiləri Xondəmir, Sədrəddin Sultan əl-Əmini, Mir Yəhya Qəzvini, Həsən bəy Rumlu, İsgəndər bəy Münşi və digər görkəmli tarixçilərin əsərləri üzərində araşdırmalar apararaq ciddi elmi-tarixi əhəmiyyətə malik olan, tariximizin qaranlıq səhifələrinə işıq salan sanballı tədqiqat əsəri ortaya çıxarıblar. Əsərdə müəlliflərin Səfəvilər dövləti barədə məlumatları, hadisələrin təsviri üsulu və müəllif mövqeləri müqayisəli şəkildə araşdırılıb.
Tarix elmimiz və gələcəyimiz üçün önəmli olan belə bir elmi-tədqiqat əsərini ortaya çıxardığı üçün hər iki alimimizə- Günay Nəciyeva və Elnur Nəciyevə təşəkkür edir, onlara bu sahədə daha uğurlu fəaliyyətlər arzu edirik.
Əziz MUSTAFA































.jpg)
.jpg)
.jpg)




























































