
Çin rəsmi olaraq öz əsgərlərini Ukraynaya döyüşə göndərmir, amma buna mane də olmur
Rusiya tərəfində Ukraynaya qarşı müharibədə iştirak edən bütün Çin vətəndaşları Çin kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edir. Bu barədə ZN.UA mənbələrə istinadən xəbər verir.
Nəşr qeyd edib ki, Çin rəsmi olaraq Rusiya tərəfində öz əsgərlərini Ukraynada döyüşməyə göndərmir və hətta öz vətəndaşlarını münaqişədə iştirakdan çəkinməyə çağırır. Bununla belə, Çin hakimiyyəti öz vətəndaşlarının Rusiya ordusu ilə müqavilə imzalamasına mane olmur. Bundan başqa, işə qəbul xüsusi xidmət orqanlarının nəzarəti altında həyata keçirilir, nəşrin mənbələri bildirib.
Mənbələr bildiriblər ki, çinli könüllülər arasında Çin xüsusi xidmət orqanlarının nümayəndələri də var.
“Şübhə etmirəm ki, Rusiya ordusu ilə müqavilə bağlamış bütün çinlilər könüllü və ya olmasın, Çin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər”, - Ukrayna hakimiyyətinin nümayəndələrindən biri jurnalistlərlə söhbətində deyib.
Əziz Mustafa, Oxuməni.az