
“Amazon” orbitə “Starlink”ə rəqib internet peyklərini buraxmağa başlayıb
Amerikanın “Amazon” korporasiyası peyk internet şəbəkəsinin yaradılması məqsədi ilə buraxılmış “Kuiper” layihəsi çərçivəsində peyklərin ilk partiyasını uğurla orbitə çıxarıb.
“Deutsche Welle” xəbər xidməti xəbər verir ki, 27 peyk “Atlas V” raketi ilə orbitə çıxarılıb.
Peyklər təxminən 600 km yüksəklikdə aşağı Yer orbitində yerləşdiriləcək. Ümumilikdə, bu layihə çərçivəsində “Amazon” yaxın illərdə 12 yerüstü stansiya ilə birlikdə fəaliyyət göstərəcək 3200-dən çox peyki orbitə çıxarmağı planlaşdırır.
Sistemin minimum 400 Mbit/s sürətlə genişzolaqlı internetə çıxışı təmin edəcəyi gözlənilir. Peyklər orbitə “Amazon”un sahibi Ceff Bezosa məxsus “Blue Origin” şirkətinin raketləri ilə çıxarılacaq. Bundan əlavə, bu məqsədlə Avropada yeni raketlərin buraxılması sifariş edilib.
“Kuiper” peyklərinin orbitə çıxarılması “Amazon” və Ceff Bezosu artıq bir sıra peyk internet operatorlarının rəqabət apardığı “peyk yarışı”nın tamhüquqlu iştirakçısına çevirir. Onlardan ən məşhuru İlon Maskın sahibi olan amerikalı milyarder “SpaceX”-ə məxsus “Starlink” şirkətidir. Bu peyklər 2019-cu ildən orbitdədir və onların ümumi sayı 7000 apparatı ötüb.
Başqa bir məşhur belə operator orbitdə yüzlərlə apparatı olan Avropada yerləşən “OneWeb” provayderidir.
Almaz Həsənli