ABŞ-ın miqrantların sığınacağına endirdiyi zərbələr nəticəsində onlarla insan həlak olub

ABŞ-ın miqrantların sığınacağına endirdiyi zərbələr nəticəsində onlarla insan həlak olub

07:40
Bəyəndim (1) Bəyənmədim (0)

Yəməndə bazar ertəsi gecə ABŞ-ın paytaxt Səna və şəhərin şimalındakı Bəni əl-Haris bölgəsinə endirdiyi zərbələr nəticəsində 70-dən çox adam ölüb, onlarla insan yaralanıb.
İlkin məlumatlara görə, paytaxtda təxminən 8 nəfər, ölkənin şimalındakı Saada şəhərində miqrantların saxlanma mərkəzinə edilən hücumda isə ən azı 68 nəfər həlak olub. Euronews.com xəbər verir ki, hücum nəticəsində Yəməndə ABŞ raketləri nəticəsində ölənlərin sayı 220-dən çox olub.

ABŞ Mərkəzi Komandanlığı bir ay ərzində 800-dən çox ayrı-ayrı zərbələr həyata keçirdiyini etiraf edib. Dünən gecə yayılan bəyanatda deyilir ki, Roughrider əməliyyatı zamanı yüzlərlə husi yaraqlısı və onların liderləri, o cümlədən raket və dron proqramı ilə əlaqəli olanlar öldürülüb.

ABŞ martın 15-də prezident Trampın rəhbərliyi altında husilərin İsrailə hücumları və Qırmızı dənizdə gəmiçiliklə bağlı əməliyyata başlayıb və dünyanın ən mühüm ticarət yolunda naviqasiya azadlığı bərpa olunana qədər əməliyyatı davam etdirəcəyini bildirib.

Husilər İranın özünü elan etdiyi “Müqavimət oxu”nda yəhudi dövlətinə müntəzəm hücum edə bilən sonuncu silahlı qrupdur.

Əziz Mustafa, Oxuməni.az