Tramp “Trump 2028” kepka və köynəklərini satmağa başlayıb

Tramp “Trump 2028” kepka və köynəklərini satmağa başlayıb

11:12
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ prezidenti Donald Trampın internet mağazası Amerika liderinin üçüncü müddətə vəzifədə qalmaq niyyətində olduğu xəbərləri fonunda “Trump 2028” köynək və kepkalarını satışa çıxarıb. Bu barədə “The Guardian” qəzeti yazır.
“ABŞ prezidentinin internet mağazasında Tramp 2028 papaqları və köynəkləri satılır”, - nəşr yazır.
Qeyd olunur ki, Tramp üçüncü müddətə qalmaq imkanını istisna etməyib, baxmayaraq ki, əksər analitiklər bunu “son dərəcə qeyri-mümkün” hesab edir.
Mağazada “Trump 2028 (Qaydaları Yenidən Yazın)” şüarı ilə göy və qırmızı köynəklər 36 dollara satılır. “The Guardian” yazır ki, satışlar Trampın populyarlığının azalması fonunda başlayıb.
ABŞ prezidenti Donald Tramp dəfələrlə ABŞ Konstitusiyasına 22-ci düzəlişlə qoyulan qadağaya baxmayaraq, üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyi düşündüyünü bildirib. Tramp niyyətində ciddidirmi və o, əsas qanunda nəzərdə tutulan qadağadan yan keçə biləcəkmi?
Almaz Həsənli