
Türkiyədə meşə yanğınları davam edir
Türkiyədə meşə yanğınları davam edir.
Ətraf mühit naziri Murat Kurum altı əyalətdə 104 mülkə, o cümlədən 68 mənzilə ziyan vurduğunu bildirib. Daha əvvəl bildirilib ki, Türkiyənin cənubunda baş verən irimiqyaslı meşə yanğınları səbəbindən səlahiyyətlilər Mersin və Karabük əyalətlərindən 1300-dən çox insanı təxliyə etmək məcburiyyətində qalıblar. Antalyanın şərq hissəsində başlayan yanğın anomal yüksək temperatur və güclü külək səbəbindən tez bir zamanda qonşu ərazilərə də keçib. Karabükdə yanğının 70 saatdan artıqdır lokallaşdırılmadığı qeyd edilir. Bu arada isə Türkiyədə meşə yanğınlarında 7 şübhəli həbs olunub.
İyulun 22-dən 27-dək Türkiyədə meşə yanğınlarında iştirakda şübhəli bilinən 7 nəfər saxlanılıb. Onlardan 3-ü həbs edilib, 4-ü zaminə buraxılıb. Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
"Jandarma iyulun 22-dən 27-dək meşə yanğınları ilə bağlı 7 şübhəlini saxlayıb, onlardan 3-ü həbs edilib, 4-ü zaminə buraxılıb", - nazir X sosial şəbəkədə yazıb.
Sakaryada bir kişi köhnə döşəyi yandırmaq istəyərkən yanğın törədib; yanğın meşəyə keçib. Manisada iyulun əvvəlində gənəni məhv etməyə cəhd edən və 12 hektar meşə sahəsini yandıran yanğın törədən şəxs həbs edilib. Karabükdə yanğın 5 gündür söndürülmür.
Əziz MUSTAFA