Latviya hakimiyyəti Rusiyadan gələn çex kommunistlərinin ölkəyə girişinə icazə verməyib

Latviya hakimiyyəti Rusiyadan gələn çex kommunistlərinin ölkəyə girişinə icazə verməyib

10:45
Bəyəndim (4) Bəyənmədim (0)

Dörd Çexiya vətəndaşının Rusiyadan Latviyaya girişinə icazə verilməyib. Bu barədə Çexiyanın “Novinky” nəşri Bohemiya və Moraviya Kommunist Partiyasının (KSČM) mətbuat katibi Roman Rauna istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Kommunist Partiyasının üzvləri Rusiyada şəxsi turist səfərində olublar, səfər zamanı Böyük Vətən Müharibəsi illərində Qırmızı Ordunun və SSRİ xalqının qəhrəmanlığı ilə bağlı xatirə yerlərini ziyarət ediblər. Lakin onlar Latviya sərhədini keçmək istəyəndə tranzitdən imtina ediblər.

Latviya hakimiyyəti məhdudiyyətin səbəbini daxili təhlükəsizliyə mümkün təhlükə ilə izah edib.

Hazırda Çexiya vətəndaşları Rusiyada qalır və vətənlərinə qayıtmaq üçün alternativ yollar axtarırlar.

İyulun 24-də Latviya Xarici İşlər Nazirliyi Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəhbəri Arkadi Dvorkoviçə viza verilməsindən imtina edib, idarənin mətbuat xidməti məlumat yayıb. Xarici İşlər Nazirliyi izahat notasında 52 yaşlı məmura daha əvvəl Şengen vizası vermiş ölkələri öz qərarı ilə bağlı xəbərdar etdiyini bildirib.

Əziz Mustafa