Zəngəzur dəhlizi ilə bağlı Kremlin bəyanatı

Zəngəzur dəhlizi ilə bağlı Kremlin bəyanatı

24 İyul 13:41
Bəyəndim (3) Bəyənmədim (0)

Zəngəzur nəqliyyat dəhlizi məsələsi Ermənistan və Azərbaycanın suveren məsələsidir. Bunu iyulun 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Biz Azərbaycan və Ermənistan arasında aparılan danışıqları qətiyyətlə dəstəkləyirik,” – Peskov bildirib.

Kreml nümayəndəsi vurğulayıb ki, Moskva Azərbaycan və Ermənistan tərəflərinin tezliklə sülh müqaviləsi imzalamasını istəyir.

Xatırladaq ki, Ermənistan hökuməti Birləşmiş Ştatlarla bağlanmış, ona əsasən Amerika şirkətinin Zəngəzur dəhlizinin operatoru qismində çıxış edəcəyi iddia edilən sazişlə bağlı xəbərləri təkzib edib.

Oxuməni.az