“Colgate” diş pastası Argentinada qadağan edilib

“Colgate” diş pastası Argentinada qadağan edilib

10:54
Bəyəndim (5) Bəyənmədim (0)

“Colgate” diş pastası Argentinada yerli sakinlərin xoralar və şişliklərlə bağlı şikayətlərinə görə qadağan edilib. Argentina hökumətinin saytında xəbər verildiyi kimi Dərmanların, Qida və Sağlamlıq Texnologiyalarının Keyfiyyətinə Nəzarət üzrə Milli Qurum (ANMAT) belə bir tədbir tətbiq etmək qərarına gəlib.

Oxuməni.az xəbər verir ki, bu, istehlakçıların şikayət etdiyi “Colgate Total Active Prevention Clean Mint” diş pastasından gedir. Hadisələrin sayı 19-a çatıb: Argentina rəsmiləri ağız toxumasının qıcıqlanması və iltihabı, qabarcıqlar, xoralar və yanma ilə bağlı xəbərlər alıb. Bundan əlavə, bəziləri diş pastasından istifadə etdikdən sonra şişlik və ağrı hiss etməyə başlayıb.

Agentlik bu kimi halları izləyir və yerli əhalini diş pastasından istifadə etdikdən sonra baş verən hər hansı xoşagəlməz hallar barədə məlumat verməyə çağırır.

Almaz Həsənli