
Kallas İsraildən Qəzzaya humanitar yardımla bağlı öhdəliklərini yerinə yetirməsini tələb edib
Aİ diplomatiyasının rəhbəri Kaja Kallas İsrailin xarici işlər naziri Gideon Saara təzyiq edərək, ondan Qəzzaya humanitar yardımla bağlı Avropa İttifaqı ilə razılaşmadan irəli gələn öhdəlikləri dərhal yerinə yetirməsini tələb edir. Bu barədə Aİ mətbut xidməti məlumat yayıb.
“Xanım Kallas xarici işlər naziri Gideon Saar ilə humanitar yardımla bağlı İsraillə bağladığımız müqavilə haqqında danışıb və o, açıq şəkildə bildirib ki, İsrail silahlı qüvvələri ərzaq paylama məntəqələrində dinc sakinləri öldürməyi dayandırmalıdır”.
"Bütün variantlar, o cümlədən Aİ-nin cavabı masada qalır. İsrail öz öhdəliklərini yerinə yetirmir. Biz son günlər müşahidə etdiyimiz ərzaq paylama məntəqələrində fələstinlilərin ölümünü pisləyirik", -Kalllas bəyan edib.
Onun sözlərinə görə, "Qəzzada humanitar yardım istəyən mülki şəxslərin öldürülməsi əsassızdır" və İsrailin "hələ də bu razılaşmaya görə çox işi var".
Kallas həmçinin bildirib ki, “Qəzzaya humanitar yardımın artırılmasına, girişin asanlaşdırılmasına və atəşkəsin təmin edilməsinə təcili ehtiyac var”.
Avropa diplomatiyasının rəhbəri iyulun 10-da bəyan edib ki, İsrail Nazirlər Kabinetinin qərarlarından və Aİ ilə İsrail arasında konstruktiv dialoqdan sonra Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün mühüm addımlar razılaşdırılıb.
"Bu tədbirlər artıq həyata keçirilir və ya yaxın günlərdə həyata keçiriləcək. İri miqyaslı yardımın birbaşa əhaliyə çatdırılması və yardımın HƏMAS-a yönəldilməsinin qarşısını almaq üçün əlavə tədbirlərin görülməsi ilə bağlı ümumi anlayış var", - o deyib.
Əziz Mustafa