Ramzan Kadırov Bodrumda az qala boğulacaqdı

Ramzan Kadırov Bodrumda az qala boğulacaqdı

25 İyul 11:11
Bəyəndim (5) Bəyənmədim (0)

Əvvəllər səhhəti ilə bağlı şayiələrə münasibət bildirən Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Türkiyənin Bodrum şəhərində istirahətdə olarkən boğulmaq təhlükəsi ilə üzləşib.

Türkiyənin “GZT.com” nəşri xəbər verir ki, Kadırov Muğla vilayətinin Bodrum kurort şəhəri sahillərində dənizdə çimərkən az qala boğulacaqdı. O, sahil mühafizəsi əməkdaşları tərəfindən sahilə çıxarılıb, daha sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Hadisə günorta saatlarında Kaynar rayonundakı beşulduzlu oteldə baş verib. Bildirilir ki, Ramzan Kadırov dənizə girib və qəfil boğulmağa başlayıb.

KİV-in məlumatına görə, Çeçenistan rəhbərinin həyatı üçün təhlükə yoxdur. O, həkimlərin nəzarətində altındadır və qeyd olunduğu kimi, özünü yaxşı hiss edir.

Almaz Həsənli