Latviya Xarici İşlər Nazirliyi FİDE prezidenti Arkadi Dvorkoviçə viza verməkdən imtina edib

Latviya Xarici İşlər Nazirliyi FİDE prezidenti Arkadi Dvorkoviçə viza verməkdən imtina edib

24 İyul 15:45
Bəyəndim (4) Bəyənmədim (0)


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçə Latviya Xarici İşlər Nazirliyi viza verməkdən imtina edib. Oxuməni.az-ın “Kommersant.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə idarənin X sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunan məlumatda deyilir.
“Latviya Rusiya baş nazirinin keçmiş müavini, Rusiya prezidentinin keçmiş köməkçisi, FİDE-nin hazırkı prezidenti Arkadi Dvorkoviçə viza verməyib”, - deyə məlumatda bildirilir. Latviya Xarici İşlər Nazirliyi Şengen zonasının digər ölkələrini məlumatlandırdıqlarını dəqiqləşdirdi.
Almaz Həsənli, Oxuməni.az