Endokrinoloq mayonezin gizli təhlükəsini açıqladı
"SberZdorovye" tibb şirkətinin endokrinoloqu Marqarita Belousova, mayonezdən həddindən artıq istifadənin sağlamlıq üçün hansı risklər daşıdığını izah edib. Oxuməni.az xəbər verir ki, bu sousun gizli təhlükəsini o, "Lenta.ru"ya verdiyi müsahibədə dilə gətirib.
"Mayonez istehsalında çoxlu günəbaxan yağı istifadə olunur ki, bu da onu son dərəcə kalorili edir. Məsələn, 100 qram hazır sous təxminən 700 kilokaloriyə bərabərdir. Buna görə də piylənmə riski və Omeqa-6 yağ turşularının həddindən artıq qəbulu artır, bu da piylənməyə və ürək-damar xəstəliklərinin inkişafına səbəb ola bilər", - deyə həkim xəbərdarlıq edib.
Bundan əlavə, onun sözlərinə görə, sənaye istehsalı mayonezlərin tərkibinə tez-tez trans yağlar daxil edilir ki, bu da məhsulun saxlanma müddətini uzatmaq üçün əlavə olunur. Endokrinoloq izah edib: bu maddələr aterosklerozun inkişaf riskini artırdığı üçün təhlükəlidir.
Bununla belə, həkim vurğulayıb ki, mayonezi tamamilə rasiondan çıxarmaq lazım deyil. Sadəcə olaraq, ondan həddindən artıq istifadə etməmək vacibdir. Məsələn, ayda bir-iki dəfə bu sousla salat hazırlamaq olar - 500 qram salat üçün iki-üç yemək qaşığı mayonez kifayətdir, deyə həkim məsləhət görüb. Alternativ olaraq, o, salatı qatıq və ya kefirlə də hazırlamağı təklif edib.
Almaz Həsənli






























































.jpg)
.jpg)
.jpg)




























