İsrail parlamenti İordan çayının qərb sahilinin ilhaqına səs verib

İsrail parlamenti İordan çayının qərb sahilinin ilhaqına səs verib

24 İyul 09:45
Bəyəndim (3) Bəyənmədim (0)

Knesset (İsrail parlamenti) İsrail hökumətini İordan çayının qərb sahilinin ərazisini ilhaq etməyə çağıran bəyannamə qəbul edib. Bu barədə Ynet portalı məlumat yayıb.

Bildirilir ki, sorğunun nəticələrinə görə, Knessetin 120 üzvündən 71-i “İsrailin suverenliyinin Yəhudeya, Samariya və İordaniya vadisinə uzadılması” haqqında qətnaməni dəstəkləyib, yalnız 13-ü əleyhinə səs verib.

Təşəbbüsün müəllifləri MK Smichi Rothman (Dini Sionist Partiyası), Dana İllouz (Likud Partiyası) və Limora Son Harmelechdir (Otzma Yehudit Partiyası). Sənəd sözügedən torpaqların “yəhudi xalqının tarixi vətəninin ayrılmaz hissəsi” olması ideyasına əsaslanır.

Hazırda İordan çayının qərb sahili qismən Fələstin Muxtariyyətinin nəzarəti altındadır. Qeyd olunur ki, qəbul edilən sənəd yalnız deklarativ xarakter daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya İsraili işğal olunmuş Fələstin ərazilərində zorakılığı dərhal dayandırmağa və mülki əhalinin müdafiəsini təmin etməyə çağırıb. BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında humanitar vəziyyətlə bağlı keçirilən iclasında çıxış edən Nebenzya qeyd edib ki, İsrail əsgərləri İordan çayının qərb sahilində də hərbi əməliyyatlar aparır.

Əziz Mustafa