
Çempionlar Liqası: “Qarabağ” Dublində “Şelburn”u darmadağın etdi
“Qarabağ” futbolçuları Çempionlar Liqasının 2025/26 mövsümünün II təsnifat mərhələsinin ilk oyununda Dublinin “Şelburn” klubu üzərində böyük hesabla qələbə qazanıb.
Oxuməni.az-ın məlumatına görə, Dublindəki “Tolka Park” stadionunda baş tutan qarşılaşma Azərbaycan klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı ilk hissənin 13-cü dəqiqəsində “Şelburn”un qapıçısı Lorkan Hilinin qapısına zərbə endirən “Qarabağ”ın kabo-verdeli yarımmüdafiəçisi Leandro Andrade açıb.
Matçın ikinci hissəsində “Qarabağ”ın ukraynalı yarımmüdafiəçisi Oleksiy Kaşuk 81-ci dəqiqədə qola imza ataraq qonaq komandanın üstünlüyünü iki topa çatdırıb.
İki komandanın qarşıdurmasında son nöqtəni “Qarabağ”ın yarımmüdafiəçisi Nəriman Axundzadə qoyub, o, 85-ci dəqiqədə üçüncü qolu “Şelburn”un qapısındn keçirib və bununla da görüşün yekun nəticəsini müəyyənləşdirib.
“Qarabağ” – “Şelburn” cavab oyunu iyulun 30-da Bakıda keçiriləcək. Görüşün qalibi III təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) matçının qalibi ilə qarşılaşacaq.
Almaz Həsənli