Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq

Ankara və Dəməşq hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq

24 İyul 12:36
Bəyəndim (4) Bəyənmədim (0)


Türkiyə və Suriyanın yeni hakimiyyət orqanları hərtərəfli hərbi əməkdaşlıq müqaviləsi imzalayacaq. Bu barədə Türkiyənin hökumətyönlü “Hürriyet” qəzeti məlumat yayıb.
Nəşr bu sənədin nə vaxt imzalanacağını dəqiqləşdirməyərək, Ərəb Respublikasında vətəndaş müharibəsini alovlandırmağa çalışan İsraildən Suriyanın təhlükəsizliyinə təhdidlər fonunda Ankara və Dəməşqin bu mühüm addımı atdığını qeyd edir.
“Hürriyət” xatırladır ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bundan əvvəl ölkəsinin Suriyada sabitliyi pozmaq və onu parçalamaq planlarına imkan verməyəcəyini bəyan etmişdi. Nəşr onu da qeyd edir ki, Suriyanın yeni hakimiyyət orqanları terrorla mübarizədə Türkiyədən kömək istəyib.
“TRT Haber” telekanalı Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən çərşənbə günü bildirib ki, Suriyanın yeni hakimiyyət orqanları müdafiə qabiliyyətinin gücləndirilməsi və terror təşkilatları, o cümlədən İslam Dövləti qruplaşması ilə mübarizə səyləri çərçivəsində Türkiyədən yardım istəyib.
Almaz Həsənli