
İsrail və Suriya 25 ildən sonra ilk dəfə yüksək səviyyəli danışıqlar aparıblar
İsrail və Suriya 25 ildən sonra ilk yüksək səviyyəli danışıqlarını keçiriblər.
Oxuməni.az “Axios” portalına istinadən xəbər verir ki, görüş Parisdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barrakın vasitəçiliyi ilə baş tutub.
Nəşrin məlumatına görə, dialoqda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriya keçid hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əş-Şeybani iştirak ediblər.
Dörd saata yaxın davam edən danışıqlarda əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərdə gərginliyin azaldılması olub. Tərəflər Suriyanın cənubunda təhlükəsizlik məsələlərinə və mümkün atəşkəsə xüsusi diqqət yetiriblər.
“Axios” qeyd edir ki, bu, son aylarda tərəflər arasında ilk təmas cəhdi deyil, lakin qarşılıqlı etimadı gücləndirmək və daha sabit dialoq formatına keçmək üçün potensial əsas kimi baxılan Paris görüşüdür.
Almaz Həsənli