SBU məktəblilər də daxil olmaqla 7 FSB agentini ifşa etdi

SBU məktəblilər də daxil olmaqla 7 FSB agentini ifşa etdi

11:13
Bəyəndim (4) Bəyənmədim (0)

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin yeddi agentini saxlayıb. Onlar ukraynalı müdafiəçilərə qarşı terror aktları hazırlayırdılar.

Bu barədə Telegram-da Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

SBU-nun qeyd etdiyi kimi, ruslar "asan pul" axtarışında Telegram kanalları vasitəsilə ukraynalıları işə cəlb ediblər. Təqsirləndirilənlər arasında üç məktəbli də var.

Onlar əldəqayırma partlayıcı qurğulardan istifadə etməklə Ukrayna hərbçilərini və hüquq-mühafizə orqanlarının əməkdaşlarını öldürməyə hazırlaşırdılar.

Xüsusilə, Dneprdə hüquq-mühafizə orqanlarının əməkdaşları Kamenskoyedən olan 14 yaşlı iki sinif yoldaşını ifşa ediblər. Onlar polis patrul avtomobilini partlatmağa cəhd ediblər.

Məktəblilər əldəqayırma partlayıcı qurğunu götürərək dayanmış hüquq-mühafizə maşınının altına yerləşdirə biliblər.

SBU əməkdaşları partlayıcıları uzaqdan işə salmağa hazırlaşarkən cinayətkarları saxlayıblar.

Krivoy Roqda SBU əməkdaşları daha üç rus agentini saxlayıblar. Onlardan biri əvvəllər oğurluqla məşğul olan 30 yaşlı kişidir. O, partlayıcı qurğunu şəxsən hazırlayıb və şəhərdə gizləndiyi yerə qoyub.

Digər iki şübhəli isə 18 yaşlı yerli sakindir. Onlar Rusiyanın sifarişi ilə bu anbardan partlayıcıları götürüb, Ukrayna əsgərini partlatmaq üçün qarajların arasına yerləşdiriblər.

Əziz Mustafa