
Əfqanıstan əyalətinin hakimiyyət orqanları kuklaların satışını qadağan edib
Əfqanıstanın cənubunda ən böyük şəhər olan Qəndəharın hakimiyyəti uşaq gəlinciklərinin satışını qadağan edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Afganistan International” portalı məlumat yayıb.
Qadağaya səbəb Talibanın kuklaların bütlərə bənzədiyinə inanması, onlara ibadət edilməsi İslamda günah sayıla bilər.
"Talibanın Əxlaqı Təşviq və Əxlaqsızlıqdan Qorunma Nazirliyi bir sıra oyuncaqların, o cümlədən kuklaların satışını haram elan edib", - məlumatda deyilir.
Şəhər rəhbərliyi qadağan olunmuş malların dərhal piştaxtalardan yığışdırılmasını əmr edib.
Qəndəharda Əfqanıstanın ali dini lideri Haybətullah Axundzadənin iqamətgahı yerləşir. Yaxın vaxtlara qədər bu şəhər Əfqanıstanın əhalisinin sayına görə ikinci şəhəri idi. Hazırda orada İslam hüququnun təfsirinə rasional yanaşma ilə seçilən Hənəfi İslamı qəbul edən çoxlu puştunlar var.
Almaz Həsənli