
Ermənistan Zəngəzur dəhlizində dəmir yolu çəkməyə hazırdır
Ermənistan Sünik vilayətində Azərbaycanın əsas ərazisini onun Naxçıvandakı eksklavı ilə birləşdirəcək dəmir yolunun tikintisinə hazır olduğunu bildirib. Oxuməni.az “trt.global”a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bildirib. Bakı ilə nəqliyyat kommunikasiyaları üzrə razılıq əldə edildikdən sonra tikintiyə başlanılacaq.
Bağdasaryanın sözlərinə görə, Sünik vilayətində yerləşən 42 kilometrlik dəmir yolu Azərbaycanın razılığı olmadan “hətta Ermənistanda daxili yüklərin daşınması üçün belə” istifadə edilə bilməz, ona görə də ölkə yalnız Azərbaycanla razılıq əldə olunarsa, “dəmir yolunun tikintisinə həvəslənəcək”.
"Sözügedən dəmir yolunun tikintisi Azərbaycanla razılıq əldə edildikdən dərhal sonra başlayacaq və hazırda keçmiş dəmir yolu xətti ilə avtomobil yolu ilə birləşdirilən Nrnadzor kəndi üçün yeni yolun tikintisi kimi hazırlıq işləri artıq aparılır", - Bağdasaryan bildirib.
Baqdasaryan Cənubi Qafqaz ölkəsinin qonşu dövlətlərlə bütün nəqliyyat marşrutlarını açmaqda maraqlı olduğunu təsdiqləyib. Azərbaycan Naxçıvanla birləşmək üçün Sünik vilayətindən keçən Zəngəzur nəqliyyat dəhlizinin yaradılmasında israrlıdır, Ermənistan tərəfi isə yol üzərində suverenliyini qoruyaraq nəqliyyat əlaqəsinin açılmasını təklif edir.
Almaz Həsənli