Rusiya və Ukrayna arasında yeni danışıqların tarixi və yeri açıqlanıb

Rusiya və Ukrayna arasında yeni danışıqların tarixi və yeri açıqlanıb

10:44
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar çərşənbə-cümə axşamı, 23-24 iyul tarixlərində baş tuta bilər. Bu barədə “Independent Türkce” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

"Danışıqlar çərşənbə və ya cümə axşamı baş tuta bilər. Görüşün yeri, vaxtı və nümayəndə heyətlərinin tərkibi barədə heç bir məlumat verilməyib", - məqalədə deyilir.

Bundan əvvəl məlum olub ki, İstanbul Moskva və Kiyev arasında danışıqların növbəti raundu üçün məkan olaraq qalacaq. Şənbə günü, iyulun 19-da Rusiya danışıqlar qrupuna yaxın mənbə bildirib ki, Ukrayna Rusiyaya gələn həftə danışıqların növbəti raundunu təşkil etməyi təklif edib. Eyni zamanda, başqa bir mənbə daha əvvəl qeyd edib ki, onların keçirilmə tarixi ilə bağlı hələlik məlumat yoxdur.

Almaz Həsənli