Termizdə Özbəkistan və Rusiyanın hərbi təlimləri davam edir

Termizdə Özbəkistan və Rusiyanın hərbi təlimləri davam edir

07:55
Bəyəndim (0) Bəyənmədim (0)


Özbəkistan və Rusiya hərbçiləri Termezdə təlimlər çərçivəsində sərhəd zonasında simulyasiya edilmiş silahlı birləşmələrin məhv edilməsi üzrə əməliyyatlar aparırlar. Təlimdə xüsusi təyinatlılar, həmçinin Rusiya tərəfinin gətirdiyi pilotsuz təyyarələr və hücum helikopterləri iştirak edir.

Cənub-Qərb Hərbi Dairəsinin Termez poliqonunda Özbəkistan və Rusiya hərbçilərinin iştirakı ilə “Xamkorlik-2025” birgə təlimləri davam edir, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Təlimlərə 400-ə yaxın hərbi qulluqçudan ibarət xüsusi təyinatlılar cəlb olunub. Rusiya tərəfi hərbi texnikası ilə iştirak edir.

Hər iki ölkənin hərbi qulluqçuları 10 gün ərzində döyüş şəraitində bölmələrə birgə nəzarət, dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi və simulyasiya edilmiş düşmənin məhv edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər.

Müdafiə Nazirliyi xatırladıb ki, təlimlər iki dövlət arasında imzalanmış hərbi əməkdaşlıq planına uyğun olaraq keçirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlim zamanı açağıdakılar sınaqdan çıxarılır:

dövlət sərhədini pozmuş qanunsuz silahlı birləşmələrin kiçik qruplarının sərhədyanı ərazilərdə aşkar edilməsi və məhv edilməsi zamanı bölmələrin idarə edilməsi;
sərhədyanı ərazilərdə tikili və mövqeləri zəbt etmiş qrupların məhv edilməsi zamanı bölmələrə nəzarət;
ələ keçirilən strukturların və mövqelərin birləşmiş silahlı birləşmələr tərəfindən tutulması;
kiçik düşmən qruplarına qarşı mübarizə;
hücumun təşkili və simulyasiya edilmiş yaraqlılar tərəfindən işğal edilmiş yaşayış məntəqəsinin təmizlənməsi.
Rusiyanı dağ və hücum bölmələri, mobil elektron döyüş qrupları, kəşfiyyat pilotsuz uçuş aparatı və FPV pilotsuz uçuş aparatları, həmçinin Mi-24 hücum helikopterlərində hava qrupları ekipajları təmsil edir.

Əziz Mustafa