Ali Rada Yuliya Svırıdenkonu Ukraynanın baş naziri postuna təsdiqləyib

Ali Rada Yuliya Svırıdenkonu Ukraynanın baş naziri postuna təsdiqləyib

14:31
Bəyəndim (3) Bəyənmədim (0)


Ukrayna Ali Radasının deputatları baş nazirin müavini - iqtisadiyyat naziri vəzifəsini icra edən Yuliya Svırıdenkonun ölkə hökumətinin başçısı təyin edilməsini dəstəkləyiblər. “Meduza.io” xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak və Aleksey Qonçarenko bildiriblər.
Radanın 262 xalq deputatı Svırıdenkonun təyinatını dəstəkləyib, 22 nəfər əleyhinə səs verib.
Bir gün əvvəl ukraynalı deputatlar 2020-ci ilin martından bu vəzifədə olan baş nazir Denis Şmıqalın istefasını qəbul ediblər. Onunla birlikdə bütün hökumət istefa verib. Denis Şmiqalın yeni müdafiə naziri olacağı gözlənilir.
“Ukrainska pravda”nın mənbələrinə görə, Svırıdenkonun yerinə İqtisadiyyat Nazirliyinə hazırkı nazirin birinci müavini Aleksiy Sobolevin təyin edilməsi planlaşdırılır.
Almaz Həsənli