
Bratislavaya Rusiya qazından imtina etmək üçün zəmanət təklif edilib
Avropa Komissiyası Slovakiyanın 18-ci sanksiya paketinə vetosunu ləğv etmək tələblərini təmin etməyə çalışır. Bratislavaya Rusiya qazından imtina etmək üçün zəmanət təklif edilib.
Bu barədə Avropa Komissiyasının Slovakiyanın baş naziri Robert Fitsoya göndərdiyi məktubda deyilir.
Slovakiyanın baş naziri Robert Fitsoya ünvanlanan və Avropa Komissiyasının sədri Ursula fon der Leyen tərəfindən imzalanan məktubda bildirilir ki, Rusiya qazından keçid tədarük çatışmazlığı səbəbindən qiymət artımı ilə nəticələnərsə, Komissiya “fövqəladə əyləc”in işə salınması mexanizmini aydınlaşdıracaq.
Avropa Komissiyasının məktubunda deyilir: "Biz Rusiyanın enerji idxalının Aİ daxilində mərhələli və koordinasiyalı şəkildə dayandırılmasını təmin etmək üçün ən çox təsirlənən Üzv Dövlətlərlə, xüsusilə Slovakiya ilə sıx işləyirik".
Eyni zamanda, Brüssel Slovakiya üçün transsərhəd qaz və neft tariflərinin xərclərini azaldacaq həll yolu hazırlamağa söz verib.
Aİ, həmçinin Rusiyanın qaz tədarükü müqavilələrindən çıxa biləcəyinə görə Slovakiyaya qarşı başlaya biləcəyi mümkün hüquqi proseslərə müdaxilə edəcəyinə söz verib.
Yeri gəlmişkən, Fitso bundan əvvəl bildirmişdi ki, Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləmək müqabilində Slovakiyaya zəmanət təklif edib. Amma hansıların olduğunu dəqiqləşdirməyib.
Xatırladaq ki, Slovakiya Aİ-nin 2028-ci ilə qədər Rusiya qazı və neftindən tamamilə imtina etmək planları ilə əlaqədar Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə veto qoyub.
Bratislava qorxur ki, Rusiya qazından imtina etmək kəsirə, qiymətlərin və tranzit tariflərinin artmasına, habelə Rusiya tədarükçüsü “Qazprom”dan dəymiş ziyanla bağlı iddialara səbəb ola bilər.
Əziz Mustafa