Ermənistan ŞƏT-ə üzv olmaq üçün müraciət edib

Ermənistan ŞƏT-ə üzv olmaq üçün müraciət edib

15:08
Bəyəndim (3) Bəyənmədim (0)


Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmaq üçün müraciət edib. Oxuməni.az “TASS”a istinadla xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib.
"Bu bizim, balanslaşdırma və balanslaşdırılmış xarici siyasət yürütmək gündəmimizə uyğundur. Və biz işləməyə davam edəcəyik", - Paşinyan İrəvanda mətbuat konfransında bildirib (TASS-a istinadən). O xatırladıb ki, Ermənistan hazırda bu təşkilatda müşahidəçi statusuna malikdir.
İyulun əvvəlində Ermənistan Xarici İşlər Nazirliyi ölkənin ŞƏT-ə üzv olmaq istəyini açıqlayıb. Həmin vaxt departament təşkilatın prinsiplərinə - ərazi bütövlüyü, güc tətbiq edilməməsi və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyini vurğulayıb.
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. ŞƏT-ə on ölkə daxildir: Rusiya, Hindistan, Çin, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, İran və Belarus. ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının görüşü 2025-ci il avqustun sonu - sentyabrın əvvəllərində Çində keçiriləcək.
Almaz Həsənli