
Qərb daha çox hücum silahları istehsal etməlidir
Qərb ölkələri müdafiə deyil, hücum silahlarına diqqət yetirməlidir. Bunu Oslo Nüvə Layihəsinin analitiki Fabian Hoffman “Decoding Geopolitics” YouTube kanalında bildirib.
"Biz ruslarla ayaqlaşmağa çalışırıq, amma bacarmırıq və düşünürəm ki, uzunmüddətli perspektivdə bacara bilməyəcəyik. Ona görə də buna nə qədər səy sərf etməyimizin əhəmiyyəti yoxdur. Mənə elə gəlir ki, fərqli düşünmək lazımdır", - o vurğulayıb.
Hoffman diqqəti Ukrayna Silahlı Qüvvələrinin döyüş əməliyyatlarında müdafiə silahlarına yönəltməyi dayandıraraq, hücum silahlarına yönəltməsinə diqqət çəkib. Onun fikrincə, Qərb də bunu etməlidir.
Bundan əvvəl Fransanın Müdafiə və Milli Təhlükəsizlik üzrə Baş Katibliyinin (SGDSN) saytında dərc edilmiş 2025-ci il üçün Strateji Milli İcmalda (RNS) bəyan edilmişdi ki, Paris 2030-cu ilə qədər Avropada genişmiqyaslı hərbi münaqişənin inkişafını mümkün hesab edir.
Əziz Mustafa