Rusiyada Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb

Rusiyada Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb

10:18
Bəyəndim (3) Bəyənmədim (0)


Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mütvəli Şıxlinski saxlanılıb. Bu barədə “Ura.ru” mənbəyə istinadən xəbər verir. “E1”-in mənbəsi dəqiqləşdirib ki, iyulun 1-də atası Şahin Şıxlinski saxlanılarkən o, guya avtomobili ilə xüsusi təyinatlılardan birini vurub.
“RBC”-nin mənbəsi bildirir ki, Mutvəli Şıxlinski həqiqətən də saxlanılıb və hazırda dindirilir, lakin onun ittiham olunduğu maddə məlum deyil.
Mutvəli Şıxlinski vəkil statusuna malikdir və vəkillərə cinayət təqibi üçün xüsusi prosedur tətbiq edilir: onlara qarşı cinayət işi yalnız yerli İstintaq Komitəsinin rəhbərinin, habelə ona nəzarət edən prokurorun qərarı ilə başlana bilər.
Xatırladaq ki, iyulun 1-də axşam Yekaterinburqda, Sulimov küç.21-də “Bakı Plaza” ticarət mərkəzinin yaxınlığında, təhlükəsizlik qüvvələri Uraldakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskini saxlayıb və dindirilmək üçün Rusiya Federasiyasının İstintaq Komitəsinə aparıblar.
Almaz Həsənli