
Rusiya idmançılarına Georgi lenti , "Z" və "V" hərfləri taxmaq qadağan edildi
Beynəlxalq Gimnastika Federasiyası (FIG) Rusiya və Belarus idmançıları üçün neytral status almaq üçün tələbləri yeniləyib. Yeni qaydalara əsasən, Rusiya və Belarus gimnastlarına Georgi lentini, həmçinin “Z” və “V” simvollarını nümayiş etdirmək qadağandır.
Oxuməni.az xəbər verir ki, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Sənəddə Rusiya və Belarusun dövlət rəmzləri ilə komanda yarışlarında və formal birləşmələrdə iştiraka qadağa qoyan müddəalar da istisna edilib. Bununla belə, yarışların özündə dövlət bayrağı, himni və gerbindən istifadə hələ də qadağandır. Bu qaydalar 9 iyul 2025-ci ildə qüvvəyə minib.
Ötən həftə FIG təsdiqlədi ki, Rusiya və Belarus idmançıları yenidən bitərəf status üçün müraciət edə bilərlər. Rusiya idmançıları 2022-ci ildən bəri FIG-in himayəsi altında keçirilən turnirlərdə iştirak etmirlər.
Almaz Həsənli