
Samvel Karapetyana çirkli pulların yuyulmasında yeni ittiham irəli sürüldü
İstintaq Ermənistanda həbs edilən rusiyalı biznesmen Samvel Karapetyanı çirkli pulların yuyulmasında ittiham edib.
Oxuməni.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Sahibkarları Müdafiə Şurası öz Facebook səhifəsində məlumat yayıb. Əvvəllər o, respublikada konstitusiya quruluşunun devrilməsinə çağırışda ittiham olunurdu.
İş adamının nümayəndələrinin fikrincə, bu cür ittihamlar Ermənistanın hazırkı hakimiyyətinin siyasi opponentlərinin təqibi üçün xarakterik olub.
İyunun 18-də İrəvan məhkəməsi “Tashir Group” şirkətinin rəhbəri Karapetyanı hökumətin devrilməsinə çağırış ittihamı ilə iki ay müddətinə həbs edib. Biznesmen özü təqsirini boynuna almayıb, vəkili Liana Qasparyan isə məhkəmə qərarının qanunsuz olduğunu bildirib. “Tashir Group”un rəhbəri iyunun 17-də saxlanılıb, ondan əvvəl o, hakimiyyətin ən yüksək iyerarxlara qarşı sərt bəyanatları fonunda Erməni Apostol Kilsəsinin müdafiəsi üçün çıxış edib.
İyulun 14-də iş adamı Ermənistanda yeni siyasi qüvvənin yaradıldığını bəyan edib.
Almaz Həsənli