Çin Xarici İşlər Nazirliyi gələn həftə Çin-Avropa İttifaqı sammitinin keçiriləcəyini təsdiqləməyib

Çin Xarici İşlər Nazirliyi gələn həftə Çin-Avropa İttifaqı sammitinin keçiriləcəyini təsdiqləməyib

15:11
Bəyəndim (0) Bəyənmədim (0)


Çin Xarici İşlər Nazirliyində gələn həftə keçiriləcək Çin-Aİ sammiti ilə bağlı məlumat yoxdur. Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian bildirib.

O, brifinqdə tədbirin gələn həftə baş tutacağını təsdiqləməsini xahiş edən qərbli jurnalistə cavab verərək, "Hazırda mənim verə biləcəyim heç bir məlumatım yoxdur" dedi.

İyun ayında Avropanın Politico nəşri diplomatik mənbələrə istinadən yazıb ki, Aİ-Çin sammiti iyulun 24-25-də Pekində keçiriləcək və Çin-Avropa diplomatik əlaqələrinin 50 illiyinə təsadüf edəcək.

Əziz Mustafa