
"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib
"Qarabağ" Futbol Klubunun UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bilinib.
Oxuməni.az xəbər verir ki, bu İrlandiyanın “Şelburn” klubudur.
İrlandiya komandası Şimali İrlandiya təmsilçisi "Linfild"i məğlub edərək ikinci mərhələyə yüksəlib. "Şelburn" evdə 1:0 hesabı ilə qalib gəlib, səfərdə 1:1 hesablı heç-heçə edib.
“Qarabağ”la “Şelburn” arasında ilk oyun iyulun 22-də və ya 23-də keçirələcək, cavab görüşü isə iyulun 30-a təyin edilib.
Oxuməni.az
Digər xəbərlər