Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bloklayıb

Slovakiya və Malta Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bloklayıb

14:34
Bəyəndim (2) Bəyənmədim (0)


Reuters mənbələrə istinadən xəbər verir ki, Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyiblər. Buna səbəb Slovakiya və Maltanın mövqeləri olub.

Avropa Komissiyası 2027-ci ildən Rusiya qazının idxalına qadağa qoymağı planlaşdırır. Slovakiya bu müddəti 2034-cü ilə qədər uzatmağı tələb edir. Dənizə çıxışın olmaması ölkəni mayeləşdirilmiş təbii qazın idxalından asılı vəziyyətə salır. Malta hesab edir ki, Rusiya neftinin daşıyıcılarına qarşı tədbirlər onun dəniz nəqliyyatında maraqlarına təsir edə bilər.

Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin razılaşdırılması üçün ilk iki cəhd iyunun sonu və iyulun əvvəlində uğursuzluqla nəticələnib. Bir gün əvvəl səfirlər də yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı razılığa gələ bilməyiblər.

Əziz Mustafa