AK 2028-2034-cü illərdə müdafiə və kosmik investisiyalar üçün 131 milyard avro ayırıb

AK 2028-2034-cü illərdə müdafiə və kosmik investisiyalar üçün 131 milyard avro ayırıb

12:34
Bəyəndim (3) Bəyənmədim (0)

Avropa Komissiyası (AK) Aİ-nin 2028-2034-cü illər üçün uzunmüddətli büdcəsində müdafiə və kosmik sektorlara investisiyalar üçün 130 milyard avrodan çox vəsaitin ayrılmasını təklif edib.

"Biz müdafiə və kosmik bölmə üçün 131 milyard avro təklif edirik. Bu, cari büdcədə nəzərdə tutulan məbləğdən beş dəfə çoxdur. Çünki bilirik ki, təhlükəsizlik vətəndaşlar, dövlətlər üçün böyük narahatlıq doğurur. Biz sənaye bazamızı və sənaye potensialımızı gücləndirmək istəyirik", - AK prezidenti Ursula fon der Leyen çərşənbə günü Brüsseldə Aİ-nin uzunmüddətli maliyyə planını təqdim edərkən deyib.

Təqdimat materiallarına görə, “uzunmüddətli büdcə özünü müdafiə etmək, ünsiyyət qurmaq və lazım gəldikdə cəld hərəkət etmək iqtidarında olan Avropa Müdafiə İttifaqının yaradılmasına töhfə verəcək”.

Avropa Komissiyası izah edir ki, Aİ Üzv Dövlətləri və regionlarına “könüllülük əsasında və regional ehtiyac və prioritetlərə uyğun olaraq milli və regional tərəfdaşlıq planlarında müdafiə layihələrini dəstəkləmək imkanı veriləcək”.

Connecting Europe fondu hərbi mobilliyin maliyyələşdirilməsini on dəfə artıracaq. O, "mülki istifadə ilə yanaşı ikili istifadə infrastrukturuna investisiyaları dəstəkləyəcək və ümumilikdə kibertəhlükəsizliyə, infrastruktura və müdafiəyə əhəmiyyətli təkan verəcək".

Həmçinin bildirilir ki, “enerji təhlükəsizliyini artırmaq üçün “Connecting Europe” fondu transsərhəd enerji və nəqliyyat layihələrini maliyyələşdirəcək”.

Əziz Mustafa