Slovakiya Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləyəcək

Slovakiya Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar paketini təsdiqləyəcək

09:30
Bəyəndim (0) Bəyənmədim (0)


Slovakiya artıq 18-ci anti-Rusiya sanksiyalar paketinin qəbuluna mane olmayacaq, baş nazir Robert Fitso bildirib. Onun sözlərinə görə, respublika Aİ-nin Rusiya qazını idxal etməkdən imtina etməsi nəticəsində dəyə biləcək zərərə qarşı təminat vermək cəhdlərində “bacardığı hər şeyə nail olub”.

Cənab Fitso bu barədə Facebook-da yayımlanan videomüraciətində bildirib. “Financial Times”ın yazdığına görə, Aİ-nin 18-ci sanksiyalar paketinə “Şimal axını 1” və “Şimal axını 2” qaz kəməri infrastrukturundan istifadəyə qadağa daxildir. Avropa Komissiyası 2027-ci ildən Rusiya qazından imtina etməyi planlaşdırır.Slovakiya bu müddətin 2034-cü ilə qədər uzadılmasını tələb edib.

Slovakiya dəfələrlə yeni sanksiyalar paketinin qarşısını alıb. Bu yaxınlarda Malta məhdudiyyətləri nəzərdən keçirmək üçün respublikaya qoşuldu. Ölkə hakimiyyəti hesab edir ki, Rusiya neft daşıyıcılarına qarşı tədbirlər onun dəniz daşımalarında maraqlarına təsir edə bilər.

Əziz Mustafa