Merz "Patriot" sistemlərinin Ukraynaya çatdırılma tarixlərini açıqlayıb

Merz "Patriot" sistemlərinin Ukraynaya çatdırılma tarixlərini açıqlayıb

11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna yaxın həftələrdə "Patriot" hava hücumundan müdafiə sistemləri alacaq. Hazırda bütün məsələlər Almaniya və ABŞ müdafiə nazirlikləri səviyyəsində razılaşdırılır.

Ntv xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.

Onun sözlərinə görə, ABŞ-ın Avropa tərəfindən ötürülən silah sistemlərini necə istifadəsi ilə bağlı məsələyə aydınlıq gətirilməsinə ehtiyac var.

"Son günlərdə biz Ukraynaya Avropadan yeni "Patriot" sistemləri çatdıracağımız və daha sonra bu sistemlərin ABŞ tərəfindən əvəzlənəcəyi barədə razılığa gəldik. Çünki biz öz müdafiə imkanlarımızı da qorumalıyıq", - Merz bildirib.

O, müdafiə nazirlərinin tezliklə dəyişdirmə sxemi ilə bağlı razılığa gələcəyini təklif edib.

"Bu, saatların məsələsi deyil. Sistemlərin Ukraynaya çatdırılması bir neçə gün, bəlkə də həftələr məsələsidir", - Almaniya kansleri əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bu yaxınlarda 17 "Patriot" sisteminin Ukraynaya çatdırılması üçün hazırlandığını bildirmişdi.

Əziz Mustafa