Braziliya prezidenti Trampı özünü dünyanın imperatoru hesab etməməyə çağırıb

Braziliya prezidenti Trampı özünü dünyanın imperatoru hesab etməməyə çağırıb

10:51
Bəyəndim (2) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp özünü dünyanın imperatoru hesab etməməlidir, bu həm xarici tərəfdaşlar baxımından, həm də amerikalı seçicilərin mövqeyindən qəbuledilməzdir. Bu çağırışı Braziliya prezidenti Luis İnasiu Lula da Silva “CNN International” ilə söhbətində edib.
“Biz imkan verməməliyik ki, prezident Tramp bütün dünyanın imperatoru olması yox, ABŞ-ı idarə etmək üçün seçildiyini unutsun”, - Lula da Silva bildirib.
Braziliya prezidenti Lula da Silva daha əvvəl avqustun 1-dən Braziliya mallarına 50% idxal rüsumunun tətbiq ediləcəyini açıqlayan ABŞ prezidenti Trampı tənqid edib.


Almaz Həsənli