“Qatar Airways” 50-dən çox təyyarədə “Starlink” internetini istifadəyə verib

“Qatar Airways” 50-dən çox təyyarədə “Starlink” internetini istifadəyə verib

14:01
Bəyəndim (4) Bəyənmədim (0)



2025-ci ilin ən yaxşı aviaşirkəti seçilən “Qatar Airways” öz təyyarələrini pulsuz super sürətli “Starlink” internetlə təchiz edib. Hazırda bu xidmət 54 geniş gövdəli Boeing 777 təyyarəsində mövcuddur.

“Avia News” yazır ki, sərnişinlərə təyyarədə 500 Mbit/s-ə qədər sürət vəd edilir ki, bu da mənzildə fiber-optik internetlə müqayisə oluna bilər və ənənəvi geostasionar peyklərin təklif edə biləcəyindən bir neçə dəfə yüksəkdir. Eyni zamanda, gözlənilən siqnal gecikməsi əvvəlki 600 ms ilə müqayisədə 20-40 ms təşkil edir.

Belə ki, sərnişinlər hətta uçuş, eniş, taksi və parklama zamanı belə sakit şəkildə axın videolarına baxa, faylları yükləyə, sosial şəbəkələrdə vaxt keçirə və ya foto və video paylaşa bilərlər.

16 oktyabr 2023-cü ildə “Qatar Airways”-in mətbuat xidməti milyarder İlon Maskın “Starlink” şirkətindən bütün dünya üzrə sərnişinlərinə pulsuz internet təqdim edəcəyini açıqladı.

Bildirilib ki, “Starlink”-dən olan internet “Qatar Airways” sərnişinlərinə oyun, VPN-ə giriş, idman yayımları və sair üçün saniyədə 350 meqabitə qədər sürətlə Wi-Fi-dan istifadə etməyə imkan verəcək.

Beləliklə, “Qatar Airways” “Starlink” ilə əməkdaşlıq edən beşinci aviaşirkət oldu, çünki “JSX”, “Hawaiian Airlines”, “AirBaltic”, “ZIPAIR” əvvəllər bu xidmətləri göstərmək istədiklərini elan etdilər.
Almaz Həsənli