
Gürcüstan Rusiyadan deportasiya olunmuş ukraynalıların ölkəyə buraxılmamasını izah edib
Gürcüstan Daxili İşlər Nazirliyi Rusiya ilə sərhəddə yerləşən Verxniy Larsdakı Dariali keçid məntəqəsində tranzit zonada olan ukraynalıların ölkəyə girişinə icazə verməyib. Gürcüstan hüquq-mühafizə orqanları Ukraynaya öz vətəndaşlarını nəzarət-buraxılış məntəqələrindən təkbaşına götürməyi təklif edir.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Gürcüstan nazirliyi ukraynalıların guya milli təhlükəsizlik səbəbi ilə ölkəyə buraxılmadığını bildirib. Onlar deyirlər ki, bu şəxslərin “cinayətkar keçmişi” var və ruslar tərəfindən “dəfələrlə məhkum olunublar”.
Bununla belə, Daxili İşlər Nazirliyi, öz təbirincə, Ukraynaya ukraynalıların vətənlərinə qaytarılması üçün bir neçə mexanizm təklif edib. Xüsusilə, Ukraynaya Ukrayna vətəndaşlarının təxliyəsi üçün “həm hava, həm də dəniz” üsulları təklif olunub. Tbilisi həmçinin Ukraynanı guya hələ də “qərar verməməkdə” ittiham edib.
"Ukrayna tərəfi hələ də onları dəniz yolu ilə geri qaytarmaqdan çəkinir və hələ ki, konkret qərar qəbul etməyib. Eyni zamanda, həmin şəxslərin vətənə təhlükəsiz şəkildə, o cümlədən hava yolu ilə qayıtması mexanizmi ilə bağlı birgə məsləhətləşmələr aparılır", - nazirliyin bəyanatında deyilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Dariali keçid məntəqəsində Rusiya təhlükəsizlik qüvvələri tərəfindən deportasiya edilmiş 80-ə yaxın ukraynalı var. Onların hamısı ruslar tərəfindən “məhkum” sayılır və bu şəxslərin hamısının ölkəyə girişi qadağan edilib.
Əziz Mustafa