Tramp və Si Çinpin  bu payızda görüşə bilər

Tramp və Si Çinpin bu payızda görüşə bilər

14:28
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp bu payızda Çin lideri Si Cinpinlə görüşə bilər. Görüş iki ölkədən birində baş tuta bilər.

Bu barədə RBC-Ukrayna South China Morning Post və Reuters-ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, Tramp oktyabrın 30-dan noyabrın 1-dək keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə səfərindən əvvəl Çinə gedə bilər.

Yaxud Çin lideri ilə görüş Cənubi Koreyada keçiriləcək yuxarıda adıçəkilən sammit çərçivəsində baş tuta bilər.

Mənbələr bildirir ki, APEC bu il liderlərin şəxsən görüşməsi üçün ən yaxşı fürsətdir. Cənubi Koreya mediası Si Cinpinin iştirak etməyi planlaşdırdığını yazır, lakin Trampın iştirakı hələ təsdiqlənməyib.

İki ölkə arasında sonuncu yüksək səviyyəli görüş iyulun 11-də ABŞ dövlət katibi Marko Rubio və Çinin xarici işlər naziri Vanq Yinin Malayziyada görüşündə baş tutub və onların sözlərinə görə, ticarət danışıqlarının necə davam etdiriləcəyi ilə bağlı məhsuldar və müsbət görüş olub.

Rubio o zaman Trampın Sİ ilə görüşmək üçün Çinə dəvət edildiyini qeyd edib və hər iki liderin “bunun baş verməsini görmək istədiyini” deyib.

Əziz Mustafa