
Litva Ukraynaya Rusiyadan əsir və oğurlanmış uşaqların qaytarılmasına kömək edəcək
Litva ukraynalı hərbi əsirlərin və oğurlanmış uşaqların Rusiyadan geri qaytarılmasını asanlaşdırmaq üçün əlindən gələni edəcək.
Bunu Litvanın xarici işlər naziri Kestutis Budris deyib.
Xəbər verdiyimiz kimi, iyulun 21-də Budris Vilnüsdə “Evə təhlükəsiz yol” təşəbbüsünün ilk beynəlxalq ekspert səviyyəli iclasını açıb.
Bu təşəbbüsün məqsədi oğurlanmış ukraynalı uşaqların, hərbi əsirlərin və qeyri-qanuni Rusiya əsirliyindən qanunsuz deportasiya edilmiş digər şəxslərin geri qaytarılması üçün beynəlxalq səyləri əlaqələndirməkdir.
"Rusiya tərəfindən işğal olunmuş ərazilərdə hələ də 1,6 milyondan çox ukraynalı uşaq yaşayır və Rusiyaya qeyri-qanuni deportasiya edilən ukraynalı uşaqların sayı demək olar ki, 20 minə çatır. Litva onların evlərinə təhlükəsiz, ləyaqətli və mümkün qədər tez getməsi üçün bütün səyləri göstərəcək", - Litva Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
İclasda müzakirələr praktiki tədbirlər - sərhədin keçidinin asanlaşdırılması, tranzit imkanlarının təmin edilməsi, hüquqi və humanitar yardımların göstərilməsi, qanunsuz həbs edilmiş şəxslərin və ya oğurlanmış uşaqların ailələrinə qaytarılmasının asanlaşdırılmasına yönəldiləcək.
Əziz Mustafa