
"Mançester Yunayted" Ceksonu 80 milyon funt-sterlinqə ala bilər
"Çelsi"nin hücumçusu Nikolas Cekson yayda klubu tərk edə bilər. Oxuməni.az “The Sun”-a istinadən bildirir ki, 25 yaşlı seneqallı futbolçu Premyer Liqada qalmaq istədiyi üçün "Napoli" və "Milan"dan gələn təklifləri rədd edib.
İndi Cekson üçün təxminən 80 milyon funt sterlinq (183,23 milyon manat) ödəməli olduğu şayiələrə görə oyunçuya əsas namizəd “Mançester Yunayted” sayılır.
Ötən mövsüm Cekson "Çelsi"nin heyətində 37 matçda 13 qol vurub, 6 məhsuldar ötürmə edib, lakin Liam Delapın meydana çıxmasından və Joao Pedronun irəliləməsindən sonra əsas hücumçu statusunu itirib.
Ceksonun "Çelsi" ilə müqaviləsi 2033-cü ilin yayına qədərdir.”Transfermarkt”-ın məlumatına görə, oyunçunun bazar dəyəri 50 milyon avrodur.
Almaz Həsənli
Digər xəbərlər